Avadanlıqlar fərdi planşetlərə deyil, mərkəzi "Cihaz" modelinə bağlanır. Hər POS planşeti bulud üzərindən əvvəlcədən təyin edilmiş qəbz printerinə sorğu göndərir — onlarla planşet bir neçə mərkəzi printeri ortaq istifadə edə bilər.
Printer BİR növdür: seçiləcək "fiskal printer" növü yoxdur və printer heç bir vergi kredensialı saxlamır. Vergi (fiskal) kredensialları — gateway ünvanı, rol, PIN, zavod nömrəsi — e-kassanın özünə aiddir; kassa hansı e-kassa ilə işlədiyini birbaşa göstərir (salesPointId). Vergi çeki isə adi çek marşrutu ilə çıxır: printerin çek növləri arasında "fiskal" varsa, vergi çeki ondan çap olunur — beləliklə eyni printer həm vergi çekini, həm mətbəx biletini verə bilir.
- receiptPrinterId — standart qəbzlərin gedəcəyi printerin qlobal ID-si
- receiptTypeIds — printerin hansı çek növlərini verdiyi (müştəri / mətbəx / kuryer / fiskal). Bir kassada yalnız BİR printer "fiskal" daşıya bilər
- salesPointId — kassanın işlədiyi e-kassa; vergi kredensiallarının yeganə mənbəyi
- routeStationIds — KDS ekranlarının hansı stansiyalardan sifariş görəcəyini müəyyən edir
Printer və e-kassa qoşulması
- 01E-kassanı yarat
Admin "Avadanlıq → E-kassalar" bölməsindən e-kassanı əlavə et: zavod nömrəsi, gateway ünvanı, rol və PIN. "Yoxla" düyməsi bağlantını yerindəcə sınayır.
- 02Printeri əlavə et
Admin və ya POS "Cihazlar" bölməsindən "Printer Qoş", protokol (LAN/Bluetooth/USB) və İP daxil et — növ seçimi yoxdur.
- 03Kassanı bağla
Kassaya e-kassanı təyin et, çek marşrutunda isə vergi çekini çap edəcək printeri seç.
- 04POS-lara bağla
İşçi planşetlərini redaktə edib həmin kassanı seç.