Paylaşılan cihazda hər əməliyyatın hansı işçi tərəfindən aparıldığını bilmək üçün opsional ekran-giriş PIN-i var. Hər cihazda ayrıca aktiv/deaktiv edilir (requirePinAuth) — superadmin və biznes admini idarə edir.
Necə işləyir
- 01Admin PIN tələbini aktiv edir
Cihazlar bölməsində həmin cihaz üçün "İşçi PİN tələb olunsun" seçimi.
- 02Ekran kilidlənir
Cihaz operasiyaya hazır olduqda (station və ya member girişi) lock ekranı çıxır.
- 03İşçi PIN daxil edir
PIN server tərəfdə yoxlanır (anonim station-larda belə işləyir); işçinin tam profili yüklənir.
- 04Attribution + audit
Sistem kimin işlədiyini bilir; login və əməliyyatlar həmin işçiyə aid edilir və audit-ə yazılır.